Harri Keyn rekordu təkrarladı

13:52 - 1 May 2023

"Tottenhem" İngiltərə Premyer Liqasının 34-cü turunda səfərdə "Liverpul"a 3:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, bu matç London təmsilçisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub. Komandasının ilk qolunu vuran ingilis forvard rekordu təklarlayıb.

30 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada vurduğu qolların sayını 25-ə yüksəldib. Bununla da Keyn İngiltərə çempionatının 4 müxtəlif mövsümündə 25 və daha çox fərqlənən ikinci oyunçu olub. O, Alan Şirerə məxsus olan rekordu təkrarlayıb.

Xəbər xətti