Premyer Liqa klubu ispaniyalı mütəxəssislə yollarını ayırmaq istəyir

17:17 - 1 May 2023

"Lids" Xavi Qrasiyanı baş məşqçi postundan uzaqlaşdırmağa hazırlaşır.

Sportal.az "The Telegraph" portalına istinadən xəbər verir ki, Premyer Liqa klubunun rəhbərliyi ispaniyalının işindən narazıdır.

Fevral ayında baş məşqçi postuna dəvət edilmiş Qrasiya növbəti görüşdə qeydə alınacaq uğursuz nəticədən sonra yola salınacaq.

“Lids” ispanın rəhbərliyi altında 12 görüşdə 3 qələbə qazanıb, 2 heç-heçə edib və 7 matçda uduzub.

Xəbər xətti