Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə beynəlxalq turnirə start verilib.
Sportal.az xəbər verir ki, turnirdə iki yarımqrupa bölünən 10 milli komanda iştirak edir.
İlk turda Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq. Qarşılaşma saat 21:30-da başlayacaq.
Bu gün isə artıq iki matç baş tutub.
Serbiya Gürcüstana, Qazaxıstan isə Ukraynaya 1:0 hesabı ilə qalib gəlib.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv İtaliya (2 may), Gürcüstan (3 may) və Serbiya (4 may) ilə A qrupunda mübarizə aparacaq. Digər qrupda Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və CAR milliləri yer alıb.
saytlarin hazirlanmasi