"Milan" forvardını saxlayacaq

21:11 - 1 May 2023

"Milan"ın hücumçusu Rafael Leao yeni mövsümə də bu komandada başlayacaq.

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, portuqaliyalı ilə yeni müqavilə barəsində artıq razılıq əldə olunub.

Yeni müqavilə beş illik olacaq.

23 yaşlı portuqaliyalı 2019-cu ildən "rossonyerlər"in formasını geyinir. 

O, "Lill"dən "Milan"a keçib.

Xəbər xətti