"Yuventus" və İtaliya millisinin üzvü Federiko Kyeza komandanı tərk etməyi planlaşdırır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi komandadakı durumundan narazı olduğu üçün bu addımı atmaq istəyir.
O, bu mövsüm 25 matçda iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Kyezanın "Yuventus"la müqaviləsi 2025-ci ilin yayına kimidir. Onun İngiltərə Premyer Liqasında oynamaq istədiyi iddia olunur.
saytlarin hazirlanmasi