İtaliya A Seriyasına yüksələn ilk komandanın adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Frozinone" mövsümün bitməsinə 3 tur qalmış əsas liqaya vəsiqəni təmin edib. "Sarı-göylər" buna B Seriyasının 35-ci turunda "Reccina"nı 3:1 hesabı ilə məğlub etməklə nail olub.
"Frozinone" B Seriyasında 35 turdan sonra 71 xal toplayıb. Fabio Qrossonun rəhbərlik etdiyi kollektiv 3-cü pillədə olan "Bari"ni 10 xal qabaqlayır.
saytlarin hazirlanmasi