"Qarabağ"ın futbolçusu Abdullah Zubir "Neftçi" ilə matçdan sonra jurnalistlərə açıqlama verib. Sportal.az saytına da danışan yarımmüdafiəçi Premyer Liqanın 32-ci turunun "Neftçi" ilə matçındakı qələbəsini şərh edib: "Nəticə bizi sevindirir. Hər halda, səfərdə "Neftçi"yə qalib gəlməyi bacardıq. Vacib olan üç xal idi ki, bunu da etdik. Rəqib meydanda azlıqda qalsa belə, asan deyildi. Çünki "Neftçi" asanlıqla təslim olmur. Kompakt müdafiə olundular və əks-hücumlara çıxırdılar. Asan matç olmadı".
Zubir vurduğu baxımlı qolu isə belə şərh edib: "Vurduğum qol haqda nə deyim? Top mənə gəldi, fərdi reyd etdim və qol vurmaq istədim. Zərbə qolla nəticələndi, buna görə şadam".
Bir müddətdir ki, Azərbaycan millisində oynayacağı deyilən fransalı futbolçu məsələ haqda bu cür danışıb: "Gələcəkdə necə oalcağını bilmirəm. Həqiqətən də heç nə bilmirəm".
Sonda isə "Qarabağ"ın aparıcı üzvü haqqında "Samsunspor"a keçəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib: "Bu barədə heç nə deyə bilmərəm. “Qarabağ”la müqaviləm var. "Qarabağ"la uzunmüddətli müqavilə imzalamaq? Buna klub qərar verəcək".
Mirbağırağa
saytlarin hazirlanmasi