İtaliya A seriyası: Ayın ən yaxşısı bəlli oldu

13:44 - 3 May 2023

İtaliya A Seriyasında aprelin ən yaxşı baş məşqçinin adına aydınlıq gəlib. 

Sportal.az liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Montsa"nın çalışdırıcısı Raffaele Palladino səsvermədə hamını qabaqlayıb. 

Onun baş məşqçisi olduğu komanda hazırda İtaliya A seriyasında 10-cu pillədə qərarlaşıb.

Adıçəkilən klub bu gün 33-cü tur çərçivəsində "Roma"nı qəbul edəcək. 

Xəbər xətti