Bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah – mayın 4-də keçiriləcək.
saytlarin hazirlanmasi