"Yuventus" 2-ci pilləyə yüksəldi - VİDEO

22:15 - 3 May 2023

İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Yuventus" doğma meydanda "Leççe"ni qəbul edib. Qarşılaşma Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 63-ə yüksəldən "Yuventus" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Leççe" isə 31 xalla 16-cı yerdədir.

"Yuventus" - "Leççe" 2:1

Qollar: Leonardo Paredes, 15, Duşan Vlahoviç, 40 - Assan Sisey, 37 (pen)

Xəbər xətti