“Yuventus”un yarımmüdafiəçisi Leandro Paredes A Seriyasında “Leççe” ilə görüşdə (2:1) vurduğu qoldan sonra emosiyalarını bölüşüb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu uzun müddətdən sonra fərqlənməsini belə şərh edib:
"Uzun müddətdir ki, qol vura bilmirdim. Ona görə də, xoşbəxtəm. Amma ən komandanın üç xal qazanmasına sevinirəm. Biz işləməyə davam etməliyik. Qələbədə məmnunuq və hədəflərimizə doğru irəliləyəcəyik".
Paredesin “Yuventus”la icarə müddəti 2023-cü il iyunun 30-da başa çatacaq. O, 2024-cü il iyunun 30-na qədər PSJ-yə məxsusdur.
saytlarin hazirlanmasi