"Liverpul" dünya çempionu ilə güclənməyi planlaşdırır

16:11 - 4 May 2023

“Liverpul” “Brayton” və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallisterlə güclənməyi planlaşdırır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, ilkin danışıq aparılsa da, hələ ki, futbolçu ilə razılıq əldə olunmayıb.

“Brayton” rəhbərliyinin argentinalı üçün 60 milyon avro istədiyi bildirilir. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

Xatırladaq ki, "Liverpul" Premyer Liqada 34 turdan sonra 59 xalla 5-ci, “Brayton” 52 xalla 8-cidir. Yurgen Klopp dünya çempionunu sərəncamında görmək istəyir və bunun üçün rəhbərlikdən onun transfer olunmasını xahiş edib.

Xəbər xətti