"Liverpul"un futbolçusu Ceyms Milner "Brayton"a keçə bilməyib.
Sportal.az "Mirror"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 37 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün "Liverpul"la danışığa başlamışdı.
Ancaq yayda Mersisayd klubu ilə müqaviləsi başa çatacaq Milnerin "Brayton"a keçidi böyük ehtimalla baş tutmayacaq. Belə ki, "Liverpul" özü də onu heyətdə saxlamaq istəyir.
Milner bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi