İtaliya A Seriyasında 2022/2023 mövsümünün qalibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 33-cü turda "Udineze"nin qonağı olan "Napoli" rəqibi ilə heç-heçə oynayaraq sona 5 tur qalmış çempionluğunu bayram edib.
Neapol klubu ən yaxın izləyicisi olan "Latsio"nu 16 xal qabaqlayıb. Klub sonuncu dəfə 1989/90 mövsümündə A seriyasını qazanmışdı.
"Udineze" - "Napoli" 1:1
Qollar: Lovriç 13 - Osimhen 52