"Napoli"nin kapitanı Covanni di Lorentso Skudettonu qazanmaqlarını şərh edib.
Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, müdafiəçi mövsümü əla keçirdiklərini bildirib:
“Hisslərimiz sözlə ifadə edə bilməyəcəm. Mövsümün əvvəlindən titul uğrunda mübarizə aparırdıq və indi çox xoşbəxtik. "Napoli" layiqli qələbə qazandı. Bu andan həzz alırıq, komanda əla mövsüm keçirdi və onu ən yaxşı şəkildə başa vurdu. Azarkeşlərimiz buna layiqdirlər”.
Xatırladaq ki, dünən "Udineze" ilə heç-heçə edən Neapol təmsilçisi ən yaxın izləyicisi "Latsio"nu 16 xal qabaqladığından çempionluğunu elan edib.
saytlarin hazirlanmasi