İtaliya A Seriyasına yüksələn ikinci komanda müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Cenoa" bir illik fasilədən sonra elitaya qayıdıb. Alberto Cilardinyonun rəhbərlik etdiyi kollektiv mövsümün bitməsinə iki tur qalmış ikinci yeri təmin edib. 72 xalı olan "Cenoa" üçüncü pillədəki "Bari"ni 8 xal qabaqlayır.
Qeyd edək ki, ötən həftə "Frozinone" də A Seriyasında iştirakı təmin etmişdi.
saytlarin hazirlanmasi