"Liverpul"un qapıçısı Alison Beker İngiltərə Premyer Liqasının 35-ci turunda "Brentford"la matçda (1:0) qapısını toxunulmaz saxlayıb.
Sportal.az xəbər verir ki, bu, braziliyalının Mersisayd klubunun heyətində 100-cü “təmiz” oyunu kimi tarixə keçib.
Alison 2018-ci ildən "Liverpul"da çıxış edir. O, 2019-cu ildə klubu ilə Çempionlar Liqasının qalibi olub.
"Liverpul" bu mövsüm Premyer Liqada 35 turdan sonra 62 xalla 5-ci yerdədir. “Brentford” isə 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi