"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, futbolçunun Neapol klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Tərəflər müqaviləni bir il uzatmağa yaxındırlar. Bundan sonra futbolçunun maaşı 1,1 milyon avrodan 3 milyon avroya yüksələcək.
Xviça bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 14 qol vurub, 16 məhsuldar ötürmə edib. Gürcü 2022-ci ildə "Napoli"yə keçib. Futbolçu Neapol klubunun heyətində İtaliya çempionluğunu yaşayıb.
saytlarin hazirlanmasi