"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karraqer keçmiş komanda yoldaşı Stiven Cerrardın oyun keyfiyyəti baxımından "Mançester Yunayted”dən Pol Skoulz və “Çelsi”dən Frenk Lempardı üstələdiyini bildirib.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, veteran futbolçu Cerrard barədə fikirlərinə belə davam edib:
"İnsanlar elə bilirlər ki, Lempard və Skoulzdan xoşum gəlmir. Amma belə deyil. Mən həmişə deyirəm ki, onlar heyrətamiz oyunçular idi, amma Cerrardın səviyyəsinə yaxın da gələ bilməzdilər. İndi bu cür mübahisələri mütləq "öldürəcək" bir şey deyəcəyəm. Aleks Ferqyuson da, Joze Mourinyo kimi Cerrardı sərəncamında görmək istəyirdi. Halbuki komandalarında Skoulz və Lempard var idi".
Pol Skoulz, Frenk Lempard və Stiven Cerrard 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İngiltərə yığmasında birlikdə çıxış ediblər. 2004-cü ildə Skoulz milli komandadan ayrıldığını elan etmişdi, Lempard və Cerrard 2014-cü ilə qədər milli komandanı təmsil ediblər.
saytlarin hazirlanmasi