İtaliya A seriyasına daha bir komanda vəsiqəni təmin etdi

13:33 - 8 May 2023

İtaliya A Seriyasına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. 

Sportal.az xəbər verir ki, B Seriyasının 36-cı turunda "Askoli"ni məğlubiyyətə uğradan "Cenoa" çempionatın sonuna sona iki tur qalmış yüksək liqaya vəsiqəni təmin edib.

Genuyalılar 70 xala malikdir və üçüncü pillədəki "Bari"ni 8 xal qabaqlayıb.

"Cenoa"dan əvvəl isə B Seriyasının lideri "Frozinone" yüksək liqaya vəsiqəni rəsmiləşdirmişdi.

Xəbər xətti