Yayda "Arsenal"ı tərk edəcək futbolçuların kimliyinə aydınlıq gəlib.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, "topçular" Çempionlar Liqasında uğurlu çıxış etmək üçün daha iddialı heyət quracaq.
Londonlular təcrübəli, yüksək səviyyəli futbolçuları düşərgəyə dəvət edəcək. Eynsli Meytlend-Nayls və Reyss Nelson komandadan göndəriləcək. Klub müqavilə müddəti yayda bitəcək adıçəkilən oyunçularla yola davam etmək istəmir.
"Reyms"də icarə əsasında çıxış edən Folarin Baloqun və Emil Smit-Rou da satılacaq.
saytlarin hazirlanmasi