Yeni mövsümdə "Çelsi"nin baş məşqçisinin kim olacağı müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, bir neçə mütəxəssislə danışıqlar aparan London təmsilçisi yekun qərarını verib. Klub rəhbərliyi baş məşqçi postuna Mauritsio Poçettinonu gətirəcək. Bu barədə "The Atletic" nəşri məlumat yayıb. 51 yaşlı məşqçi iyun ayında işə başlayacaq.
Qeyd edək ki, "Çelsi"ni hazırda Frenk Lempard çalışdırır. İngilis mütəxəssisin müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi