"Napoli" onunla müqavilə müddətini uzatdı

11:22 - 9 May 2023

İtaliya A seriyasında bu mövsüm çempionluğu bayram edən "Napoli" bir neçə futbolçu ilə müqavilə müddətini artırmaq istəyir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Neapol təmsilçisi Amir Rrahmaninin müqavilə müddətini uzadıb.

Yeni müqaviləyə əsasən kosovolu futbolçu 2027-ci il iyunun 30-na qədər İtaliya çempionuna məxsus olacaq.

29 yaşlı futbolçu “2020-ci ildə “Verona”dan “Napoli”yə keçmişdi.

Xəbər xətti