"Arsenal" keçmiş baş məşqçisi Arsen Vengeri "Vulverhempton"la oyuna dəvət etməyi planlaşdırır.
Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, “topçular” keçmiş baş məşqçisinə dəvəti o halda göndərəcək ki, “Arsenal” Premyer Liqada çempionluq uğrunda mübarizəsini davam etdirəcək.
Venger sonuncu dəfə 2022-ci ilin dekabrında əvvəllər “Arsenal”ın matçında iştirak edib. O, “Vest Hem"lə (3:1) görüşə dəvət edilmişdi.
Mayın 28-də “Arsenal” 38-ci turda “Vulverhempton”la qarşılaşacaq. "Arsenal" Premyer Liqada 35 oyundan sonra 81 xalla ikinci pillədə qərarlaşıb.