"Yuventus"un futbolçusu əməliyyat olundu

21:16 - 9 May 2023

"Yuventus"un futbolçusu Mattia De Şilyo əməliyyat olunub.

Sportal.az xəbər verir ki, A Seriyasının XXXIII turunun "Leççe" ilə matçında (2:1) dizindən zədələnən 30 yaşlı müdafiəçi uğurlu əməliyyat keçirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı futbolçu yaxın günlərdə reablitasiya prosesinə başlayacaq.

Qeyd edək ki, "Yuventus" Mattia De Şilyonu 2017-ci ilin yayında "Milan"dan transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Turin təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti