"Arsenal"ın futbolçusu Bukayo Saka klubu ilə müqavilə müddətini uzatmağa yaxındır.
Sportal.az “talkSPORT”a istinadən xəbər verir ki, futbolçu 2028-ci ilə qədər yeni müqavilə imzalamağa razılaşıb. Onun yeni maaşı həftəlik 345 min avro olacaq.
Yeni şərtlərə əsasən, 21 yaşlı futbolçu "Arsenal"ın ən çox maaş alan futbolçusu ünvanına sahib çıxacaq.
London klubunun rəhbərliyi müqavilənin cari mövsümün sonuna qədər uzadıldığını açıqlamaq niyyətindədir. Tərəflər müqavilənin yalnız xırda detalları barədə razılığa gəlməlidilər. İngilis hücumçunun "Arsenal"la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir. Bukayo Saka bu mövsüm London klubunun heyətində Premyer Liqada 35 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi