"Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiç karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, ABŞ-dan olan futbolçu London klubunun mövsümün sonunda satmağa çalışacağı oyunçular siyahısındadır.
Amerikalı yarımmüdafiəçinin özü də "Çelsi"dəki oyun müddətindən narazı olduğu üçün klubdan getməyi planlaşdırır.
"Napoli" və "Yuventus" vəziyyəti nəzarətdə saxlayır. Hər iki klub 24 yaşlı amerikalının transferi üçün təklif göndərməyə verməyə hazırdır. Pulişiç bu mövsüm İngiltərə Premyer Liqasında "Çelsi"nin heyətində 21 oyuna çıxıb, 1 qol vurub və bir məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi