"Milan"ın futbolçusu Rafael Leao gələcəyi ilə bağlı qərarı qətiləşdirib.
Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi İtaliya klubunda qalacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
23 yaşlı vinger "Milan"la yeni müqavilə ilə bağlı bütün şərtləri razılaşdırıb. O, klubla 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayacaq. Futbolçunun illik maaşı 5 milyon avro olacaq. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi bildirilir.
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında Fransanın "Lill" klubundan transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi