"Barselona" yetirməsi İtaliya klubunda

10:17 - 11 May 2023

"Cenoa" "Leypsiq"in qapıçısı Xosep Martinesin transfer hüququna sahib çıxıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qolkiper ötən mövsüm B seriyasında mübarizə aparan Genuya təmsilçisinin heyətində icarə əsasında çıxış edib. 

İspaniyalı qapıçı ilə müqavilənin müddəti barədə məlumat verilməyib.

"Cenoa" yeni mövsümdən A Seriyasında mübarizə aparacaq. 

"Barselona"nın yetirməsi olan 24 yaşlı qolkiper "Leypsiq"dən əlavə "Las Palmas"da da çıxış edib. 

Xəbər xətti