"Beşiktaş"ın sabiq baş məşqçisi İngiltərə klubunda

14:16 - 11 May 2023

"Beşiktaş"ın sabiq baş məşqçisi Valerien İsmael İngiltərədə çalışacaq.

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis "Uotford"un baş məşqçisi təyin olunub. Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. 47 yaşlı məşqçi ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Valerien İsmael 2022-ci ilin mart ayından oktyabr ayınadək "Beşiktaş"a rəhbərlik edib. O, İstanbul təmsilçisindən ayrıldıqdan sonra işsiz idi.

Xəbər xətti