"Çelsi"nin futbolçusunu "Mançester Siti" və "Mançester Yunayted" istəyir

19:48 - 11 May 2023

"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiçi transfer etmək üçün rəqibləri ilə rəqabət aparmağa hazırdır.

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq bu yay yarımmüdafiənin mərkəzinin gücləndirilməsini istəyib.

Mançester klubunun rəhbərliyi isə bunun üçün Kovaçiçi ən uyğun namizəd hesab edib.

Xorvatiyalı üçün "Bavariya", "Liverpul" və "Mançester Siti" mübarizə aparır. Kovaçiç bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Xəbər xətti