İngiltərədə ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Haaland ən yaxşı seçilib. Norveçli forvard İngiltərə Futbol Yazarları Dərnəyinin keçirdiyi sorğuda hamını qabaqlayıb. 22 yaşlı futbolçu sorğuda 72 faiz səs toplayıb.
Qeyd edək ki, "Mançester Siti" Erlinq Haalandı mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer edib. Norveç millisinin üzvü "şəhərlilər"in heyətində Premyer Liqada meydana çıxdığı 32 rəsmi matçda 35 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi