İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Aston Villa"nı çalışdıran Unay Emeri başa çatan ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssis səsvermədə hamını qabaqlayıb.
Qeyd edək ki, "Aston Villa" aprel ayında İngiltərə Premyer Liqasında keçirdiyi 7 matçda 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 görüşdə isə məğlub olub.
saytlarin hazirlanmasi