İtaliya A Seriyasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Milan"ın yarımmüdafiəçisi Rafael Leao layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı vinger sorğuda Lautaro Martines ("İnter"), Mattia Zakkani ("Latsio"), Lorenso Pelleqrini ("Roma") və Simone Verdini ("Verona") qabaqlayıb.
Qeyd edək ki, Rafael Leao aprel ayında A Seriyasında keçirdiyi 5 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi