"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis ötən illə müqayisədə futbolçuların Premyer liqa təmsilçisində oynamağa daha həvəli olduqlarını bildirib:
"Keçən il futbolçularla danışıq aparanda "Mançester Yunayted"ə gəlməyə ehtiyat edirdilər. İndi oyunçular bu layihəyə inanırlar. Bir çox keyfiyyətli futbolçular "Mançester Yunayted"də oynamaq istəyirlər".
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 35 turdan sonra 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi