"Milan"ın baş məşqçisi Stefano Pioli A seriyasının 35-ci turu çərçivəsində səfərdə "Speziya"ya məğlubiyyəti (0:2) şərh edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bu cür danışıb:
"Bizdə sürət, həm də kompakt oyun çatışmırdı. Çempionlar Liqası haqda daha çox düşünməyimiz normaldır. Çünki finala çıxa biləcəyimizə inanmalıyıq. Baxmayaraq ki, ilk oyundan sonra “İnter”in üstünlüyü yaranıb. "Milan"ın indi A seriyasını qazanmaq şansı çox deyil. Ona görə də, çərşənbə axşamı əla oyun oynamalıyıq".
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə "Milan" evdə "İnter"ə 0:2 hesabı ilə uduzub. "Rossonyerlər" 35 turdan sonra 61 xalla A seriyasında 5-ci pillədədir.
saytlarin hazirlanmasi