"Napoli"nin baş məşqçisi Luçano Spaletti yeni müqaviləsi ilə bağlı davam edən danışıqlarından bəhs edib.
Sportal.az xəbər verir ki, "calciomercato"ya danışan təcrübəli mütəxəssis Neapol klubunun gələcəyinə böyük ümid bəslədiyini söyləyib:
"Dünən klubun prezidenti ilə görüşümüz oldu. Hər şey müsbət keçdi. Bizim yaxşı gələcəyimiz olacaq. Mən buna əminəm. Çünki hazırkı durum da bunu deməyə əsas verir. Ümidvaram ki, hər şey gözlədiyimiz qədər yaxşı alınacaq".
Xatırladaq ki, Spaletti “Napoli”yə bu mövsüm İtaliya A seriyasında çempionluq qazandırıb".
saytlarin hazirlanmasi