"Mançester Siti"nin forvardı rekorda imza atdı

19:00 - 14 May 2023

"Mançester Siti"nin forvardı Erlinq Holand Premyer Liqada meydana çıxdığı 33-cü görüşündə 36-cı qoluna imza atıb.

Sportal.az xəbər verir ki, norveçli hücumçu Premyer Liqanın 36-cı turunda "Everton"la görüşdə səfərdə fərqlənərək mütləq rekordçu ünvanına sahib çıxıb.

22 yaşlı futbolçu Premyer Liqa tarixində bir mövsümdə ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

Erlinqə qədər 34 qol vurulmuşdu. 1993/1994 mövsümündə Endi Koul, 1994/1995 mövsümündə isə Alan Şirer 34 qol vurmuşdu.

Xəbər xətti