"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 36-cı turunda komandasının "Everton" üzərində 3:0 hesablı qələbəsini şərh edib.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqada çempionluğu qazanmaq şanslarını dəyərləndirib:
"Çempionlar Liqasının yarımfinal oyunları ərəfəsində bu görüş bizim üçün çətin oldu. "Everton" "Brayton"a 5 qol vurdu. Amma biz ilk dəqiqədən oyuna nəzarəti ələ almışdıq. Mövsümün sonunda parlaq çıxış etdik. Çempion olmaq üçün bizə daha iki qələbə lazımdır".
"Mançester Siti" 85 xalla liderdir.
saytlarin hazirlanmasi