Aksel Tuanzebedən sonra daha bir futbolçunun "Mançester Yunayted"dən ayrılacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, Fil Cons mövsümün sonunda "qırmızı şeytanlar"ı tərk edəcək. Bu barədə 31 yaşlı mərkəz müdafiəçisi özü məlumat verib. İngilis futbolçu klubla yayda bitən müqaviləsinin müddətini uzatmayacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Fil Consu 2011-ci ilin yayında "Blekbörn"dən transfer edib. Təcrübəli müdafiəçi bu mövsüm forma şansı qazanmayıb. O, ümumilikdə komandanın heyətində meydana çıxdığı 229 matçda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi