İtaliyanın "Yuventus" klubu mövsümün sonunda müqaviləsi başa çatan Aleks Sandronun gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi braziliyalı sol cinah müdafiəçisinin sözləşməsini uzadacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Müqavilənin müddəti 2024-cü ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Yuventus" Aleks Sandronu 2015-ci ildə "Portu"dan transfer edib. 32 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində keçirdiyi 308 rəsmi matçda 15 qol və 33 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi