İngiltərənin "Brentford" klubunun hücumçusu Ayven Toniyə ağır cəza verilib.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu 8 ay müddətinə futboldan uzaqlaşdırılıb. İngiltərə millisinin üzvü mərc oyunları oynadığı üçün cəzalandırılıb. Toni 2021-2022-ci illərdə 262 dəfə qayda pozuntusuna yol verib. O, həmçinin 50 min funt-sterlinq cərimə olunub.
Qeyd edək ki, Qeyd edək ki, "Brentford" Ayven Tonini 2020-ci ilin yayında "Peterbrou"dan transfer edib. İngiltərəli forvard cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi