"Arsenal" rəhbərliyi kapitan Martin Odeqaarı uzun müddət komandada saxlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi norveçli futbolçuya yeni müqavilə təklif edib. Bu barədə "90 min" məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin 2025-ci ilin iyun ayında başa çatan sözləşməsinin müddəti 2028-ci ilədək uzadılacaq. Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir.
Qeyd edək ki, "Arsenal" Martin Odeqaarı 2021-ci ilin yanvar ayında "Real"dan transfer edib. Norveç millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 15 qol və 8 məhsuldar ötürmmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi