İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Sportal.az xəbər verir ki, bu barədə turnirn rəsmi saytı məlumat yayıb. Cari mövsümün ən yaxşısı adına 7 futbolçu iddia edir.
Premyer Liqanın ən yaxşı futbolçusu seçilmək üçün namizədlər bunlardır: Erlinq Haaland, Kevin De Bruyne (hər ikisi "Mançester Siti"), Martin Odeqaar, Bukayo Saka (hər ikisi "Arsenal"), Harri Keyn ("Tottenhem"), Markus Reşford ("Mançester Yunayted"), Kiran Trippye ("Nyukasl")
Qalibin adına azarkeşlər və ekspertlərin verdiyi səslərdən sonra aydınlıq gələcək.
saytlarin hazirlanmasi