Braziliyalı hücumçunun "Tottenhem"dən ayrılacağı dəqiqləşdi

20:58 - 18 May 2023

İngiltərənin "Tottenhem" klubu Lukas Mura ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, London təmsilçisi mövsümün sonunda braziliyalı hücumçu ilə yollarını ayıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı forvardın iyun ayında başa çatan müqaviləsinin müddəti uzadılmayacaq.

Qeyd edək ki, "Tottenhem" Lukas Muranı 2018-ci ilin yanvar ayında PSJ-dən transfer edib.  Braziliya millisinin sabiq üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti