"Liverpul"un baş məşqçisi Yürgen Klopp cəzalandırılıb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssisin cəza almasına səbəb Premyer Liqanın "Tottenhem"lə matçında (4:3) hakimi təhqir etməsi olub. İngiltərə Futbol Federasiyası 55 yaşlı məşqçiyə biri şərti olmaqla iki oyunluq cəza verib. Bundan əlavə o, 75 min funt-sterlinq məbləğində cərimə ödəyəcək.
Yürgen Klopp İngiltərə Premyer Liqasının 37-ci turunun "Aston Villa" ilə matçını tribunadan izləməli olacaq.
saytlarin hazirlanmasi