Məşhur Premyer Liqa klubu 600 milyon funt-sterlinqə satılır

21:49 - 18 May 2023

İngiltərənin "Everton" klubunun sahibi dəyişəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ABŞ investisiya fondu olan "777 Partners"ə satılacaq. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Amerikalı investorlar Mersisayd klubunu almaq üçün 600 milyon funt-sterlinq ödəyəcəklər.

"777 Partners" şirkəti "Cenoa", "Vasko da Qama" və "Standard" klublarının sahibidir, "Sevilya"da isə müəyyən miqdarda səhmləri var.

Qeyd edək ki, "Everton" İngiltərə Premyer Liqasında 36 turdan sonra 32 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti