Paytaxt klubu forvard axtarışına çıxdı

15:30 - 19 May 2023

"Vest Hem"in hücumçusu Maykl Antonio bu yay "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.

Sportal.az "Football Insider" portalına istinadən xəbər verir ki, londonlular Canluka Skamakka və Denni İnqs kimi hücumçuların olmasına baxmayaraq, mövsümlərarası fasilədə Antonionu əvəz edəcək yeni forvard tapmaq niyyətindədir.

"Nottingem Forest", "Everton" və "Vulverhempton" klubları 33 yaşlı forvardın xidmətində maraqlıdır. Antonio bu mövsüm bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə edib. Antonio səkkiz ildir (2015-ci ildən) London klubunda oynayır. Onun “Vest Hem"lə müqavilə müddəti 2024-cü il iyunun sonuna kimidir.

“Ridinq”, “Southempton”, “Kolçester”, “Şeffild Uenzdi”, “Nottingem Forest” klublarında oynamış Maykl 2015-ci ildən “Vest Hem”in üzvüdür.

Xəbər xətti