Türkiyə millisinin üzvü "İnter"də qalacaq

16:24 - 19 May 2023

"İnter" Hakan Çalhanoğlu ilə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Milan təmsilçisi 29 yaşlı futbolçuya dörd illik müqavilə təklif edib.

Türkiyə milli komandasının üzvünün bu təklifə hansı cavabı verəcəyi hələ ki, dəqiq deyil.

2021-ci ildə "Milan"dan "İnter"ə keçmiş Hakan 91 oyunda 12 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "nerazzura" ilə müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti