"Napoli" Luçano Spaletti ilə müqavilə müddətini artırmaq istəyib.
Sportal.az "La Repubblica"ya istinadən xəbər verir ki, Neapol təmsilçisi italiyalı mütəxəssislə müqavilə müddətini 2024-cü ilə qədər uzatmaq üçün onunla danışıq aparıb.
Amma təcrübəli mütəxəssis neapollularla yeni müqavilə imzalamaqdan imtina edib. Klub rəhbərliyi mütəxəssisin maaş artırmağa da hazır olub.
Lakin Spalettinin bu mövsüm A seriyasında çempionluq qazandırdığı komandadan ayrılacağı gözlənilir.
saytlarin hazirlanmasi